Deputat parlamentə eşşəklə getdi

Şimali Kipr Türkiyə Cümhuriyyətində (ŞKTC) maraqlı olay yaşanıb. Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, ana müxalifət partiyası Cümhuriyyət Türk Partiyasının millət vəkili Arif Albayrak ŞKTC Məclisinə uzunqulaqla gəlib. Uzunqulaqda nömrə nişanı da olub. Parlament binası qarşısında mətbuata açıqlama verən Arif Albayrak deyib ki, ölkədə davamlı olaraq benzinin qiymətinin artmasına və Nazirlər Kabinetinin qərarı ilə dövlət rəsmiləri üçün yeni avtomobillərin alınmasına etiraz etmək üçün belə addım atıb. O, açıqlama verdikdən sonra uzunqulağını da götürərək parlamentdən uzaqlaşıb…