AB Rusiyaya qarşı sanksiyaları uzatdı

avropa_birliyi-bina-bayraqAvropa Birliyi Rusiyaya qarşı sanksiyaları uzadıb. 146 vətəndaş və 37 hüquqi şəxsə qarşı tətbiq edilən sanksiyalar 2017-ci ilin martına kimi uzadılıb.
Sanksiya siyahısına AB-nın Ukraynanın suverenliyini və müstəqilliyini pozmaqda ittiham etdiyi fiziki şəxslər və şirkətlər daxil edilib.