Türkiyənin Suriya ilə sərhədində yerləşən Qaziantep əyalətinə daha 58 hərbi texnika göndərilib.
“Anadolu” agentliyi xəbər verir ki, həmin texnika və heyət İstanbuldakı General Nurettin Baransel hərbi bazasından yola salınıb.
Məlumata görə, hərbi texnika və heyət Qaziantepin İslahiye dəmiryol dayanacağından təyinat yerinə aparılıb.



