Avropa Parlamenti Mərkəzi Kəfiyyat İdarəsinin (CİA) Avropadadakı gizli həbsxanalarını nəzarətə götürəcək. Aparılacaq tədqiqat çərçivəsində AB-ə üzv ölkələr MKİ mərkəzlərini araşdırmağa məcbur olacaqlar. MKİ-in Avropadakı gizli həbsxanlara hələ də müəmma olaraq qalır. 2007-ci ildə terror mənsublarının daşınmasında Avropa aeroportlarının istifadə edildiyi faktı üzə çıxmışdı. Bu məsələdə hesabat yaymağa hazırlaşan Avropa ekspetləri bir yerə topladı.
“İşgəncələrə Qarşı Dünya Təşkilatı”nın Baş Katibi Gerald Staberok üzv ölkələrdə tədqiqat aparılması məcburi olmasının vacibliyini qeyd edib. MKİ-in gizli həbsxanaları olması güman edilən ölkələr sırasında Polşa, İngiltərə, Litva, Danimarka da var. Araşdırmanın hesabatı sentyabr ayında Avropa Parlamentinin gündəminə çıxarılacaq.
azadliq.info