Əsgər hərbçi yoldaşını güllələdi

Azərbaycan Ordusunun əsgəri xidməti silahı ilə hərbçi yoldaşını vurub. Hadisə Müdafiə Nazirliyinin Gədəbəydə yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Milli Ordunun əsgəri, 19 yaşlı Hacı Məzahir oğlu Hacıyev əsgər yoldaşı, 19 yaşlı Yunis Ramiz oğlu Məmmədliyə atəş açıb. Nəticədə Y.Məmmədli xəsarət alaraq hospitala yerləşdirilib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Xəsarət alan əsgərin vəziyyətinin kafi olduğu bildirilir.
Hadisəni törədən H.Hacıyev Xətai, yaralanan Y.Məmmədli isə Bərdə rayon hərbi komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar.