Hansı tikintiyə rəsmi icazə tələb edilməyəcək?

Azərbaycanda tikintisinə icazə tələb olunmayan obyektlərin siyahısı açıqlandı

Parlamentdə birinci oxunuşdan keçmiş Şəhərsalma və Tikinti Məcəlləsinin layihəsinə əsasən, bəzi tikililərin
tikintisinə rəsmi icazə tələb olunmayacaq.
Milli Məclis Aparatının işçisi Səyyad Kərimov bildirib ki, belə obyektlərin təqribi siyahısı Məcəllənin layihəsində əksini tapıb. Layihəyə əsasən, tikintisinə icazə tələb olunmayacaq obyektlər aşağıdakılardır:
– hündürlüyü ən çoxu 5 metr, sahəsi 50 kv. metr olan birmərtəbəli yardımçı tikililər;
– xüsusi mülkiyyətdə olan torpaq sahələrində və özəl təsərrüfat sahələrinin hüdudlarında həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 3 metr olan quyular, yeraltı su
və çirkab su anbarları (rezervuarlar);
– hündürlüyü ən çoxu 5 metr, sahəsi ən çoxu 70 kv. metr
olan kənd təsərrüfatı obyektləri;
– hündürlüyü ən çoxu 2,2 metr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarlar (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla);
– hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəkləri, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələri;
– məzarlıq abidələri, xatirə lövhələri və ya konstruksiyaları;
– kiçik memarlıq formaları (köşklər, örtüklər, çiçəkliklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançaları, açıq avtomobil dayanacaqları;
– tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililər;
– binaların fasadlarında və ya damlarında quraşdırılan, lövhəsinin üz sahəsi ən çoxu 30 kv. metr olan reklam qurğuları;
– fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektləri;
– təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı şəbəkələri (xətlər);
– fərdi yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 50 kv. metr olan yardımçı tikililər;
– hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 50 kv.
metr olan istixanalar və orancereyalar.