Sabiq mübarəkçilərə siyasi qadağa qoyulur

Devrilmiş Misir prezidenti Hüsni Mübarəkin tərəfdarları yaxın 10 ildə prezident seçkilərində iştirak edə bilməzlər. 12 apreldə Misir parlamenti bu qanunu təsdiqləyib. Parlamentdə çoxluq təşkil edən islamçılar prezidentliyə namizdəliyini irəli sürmüş keçmiş vitse-prezident Ömər Süleymanın qarşısını almaq üçün bu qanunu qəbul ediblər.  Ömər Süleyman Mübarəkin son günlərində ona qarşı çıxmaqla xalq arasında xeyli populyarlıq qazanmışdı. Namizədliyə qoyulan qadağa ancaq mövcud dövlət başçısı marşal Tantauinin imzalanmasından sonra qüvvəyə minə bilər.

Qadağa prezidentliyə namizəd keçmiş Misir Xarici İşlər naziri Əmr Musayada toxunacaq. İslamçılar Mübarək tərəfdarlarının yenidən hakimiyyət qayıtmasından ehtiyatlanaraq prezidentliyə öz namizədlərini irəli sürüblər. Onlar öz tərəfdarlarını Təhrir meydanına çıxaramağı da düşünürlər.

azadliq.info