Rəqəmlərin fəlsəfəsi, didərgin ruhların faciəsi

Fexreddin MFəxrəddin Mehdiyev

Dahi mütəfəkkir Pifaqor göstərirdi ki, rəqəmlər dünyanın əsasıdır və dünya rəqəmlərlə idarə olunur.   Rəqəmlərdə dünyanın sirləri kodlaşıb.   Rəqəmlərin möcüzəli aləmi zaman-zaman özünü göstərir.      Bəzi rəqəmlər:  1, 3, 7 rəqəmləri öz mistik mənaları ilə fəlsəfi düşüncənin obyekti olaraq qalmaqdadır. Vahid rəqəmi ALLAHIN vahidliyinin simvoludur. Eyni zamanda vahid rəqəmi hər bir insanın təkrarasızlığının ifadəsidir. Vahid rəqəmi azaldıqca  kvanta və sonsuzluğa, çoxaldıqca Qalaktikaya və yenə də sonsuzluğa gedir.  Hər bir insan planetal təfəkkürün bir zərrəsidir. O, mikrokosmosdur, eyni həm də makrokosmosdur. Böyük mütəffəkkir şair Şəhriyar bu fəlsəfi fikri  belə ifadə edirdi:

 

       Bir insan köçürsə dünyadan əgər

      Sən elə bilmə ki, tək bir can   gedir

      Hər sönən baxışda saysız diləklər

      Hər kiçik tabutda bir cahan gedir

 

Təssüf ki,  insanlar dünyadaki  missiyalarını  dəyərləndirmirlər,  özlərinin, sistemlərin yaratdıqları suni çərçivələrdə yaşayırlar. Insanın ən böyük missiyası    yaradıcılıqdır. Hazırki elmi, mədəni, texnoloji, inqilabi dəyişikliklər insan zəkasinin məhsuludur.  Insan yaradıcılığı isə azadlığda cövlan edir. insan azadlıqda  tükənməz potensialını üzə çıxarır və bəşəriyyətə  töhfəsini verir. Təsadüfü deyildir ki bütün nəhəng nailiyyətlər insan yaradıcılığı və azadlığının  sintezinin məhsuludur.  Azadlıq ideyasina sadiq olan insanlar, xalqlar  planetar qanunlara uyğun yaşadığından tarixi inkişafın  lokomtivinə çevrilirlər.  Öz azadlıqlarıını dərk etməyənlər sürünməyə məhkumdurlar.

Üç rəqəmi – azadlıq, bərabərlik, qardaşlıq-   yaşam tərzinin ifadəsidir. Üç rəqəmi  eyni zamanda –  həqiqət, fəzilət, gözəllik –  insan ideallarının ifadəsidir.  Üç rəqəmi eyni zamanda insanın əbədi dünya düşüncələrinin kodudur : xeyr fikir, xeyr söz, xeyr əməl .

 

Həyatin bütün zəruri ünsurləri, ALLAHIN  nemətləri: torpaq, su,  hava, od, Günəş işığı bütün insanlara min illərdir ki,  bərabər və təmannasız  xidmət edir.  Lakin acgöz  insanların başqalarının – qardaşlarını haqqını, payını acgözlüklə  qəsb etməsi  dünynı cəhənnəmə çevirir.  M.Qandi deyirdi ki, İnsan səxavəti qarşısında bütün insanların xoşbəxt  yaşaması üçün Yer kürəsi nə qədər zəngindir,  insan tamahı qarşısında bütün insanların yaşaması üçün  Yer kürəsi nə  qədər  kasıbdır.

Yeddi rəqəmi daha böyük sirləri özündə ehtiva edir.  Musiqinin bütün səs  çalarları  yeddi rəqəmindədir.  Dünyanın bütün rəng çalarları yeddi rəqəmində ifadə olunur. 

Lakin ən çox sirli məqam ondan ibarətdir ki, insan dünyadan köçəndən sonra  əzizləri və yaxınları  3-cü, 7-ci, 40-ci günlər toplaşaraq onu yad edirlər. Çox qəribədir ki, həmin günlər 3,7,40-ci günlərə  təsadüf edir. Bunun dini izahı bundan ibarətdir ki, insan dünyadan köçəndən sonra sərvəti, var – dövləti onu darvazaya qədər: əzizləri və dostları qəbirastanlığa qədər  yola salır. O,  əbədi dünyaya yalnız əməlləri ilə gedir. Insan ruhunun dünyadan ayrılması çətin olur,  xeyrixah əməllərlə yaşıyan insanların  ruhu rahatlıqla öz dünyasına – ruhlar aləminə qovuşur.   Sərvət düşgünlərinin ruhlarını  isə böyük əzablar gözdəyir.  Öz dünyasına qovuşa bilməyən  ruhlar didərgilik faciəsi yaşıyırlar.

 

Qəribədir ki, bu dünyada öz acgözlükləri ilə insanlara faciələr yaşadanlar o dünyada öz  ruhlarına  faciələr yaşadırlar…