Avropalı yəhudilər Eştona qarşı kampaniya başlatdı

Avropadakı yəhudi təşkilatları Qəzza zonasında uşaqların öldürüldüyü sözündən geri addım atmayan Aropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eştona qarşı təzyiq kampaniyasına başlayıb. Avropa Yəhudi Parlamenti və Avropa Yəhudi Birliyinin rəhbərliyi ilə təşkil edilən imzatoplama kampaniyası ilə Eştona “ya üzr, ya istefa” çağırışı edilib.

Əlavə edək ki, Ketrin Eştonun BMT Fələstinli Mühacirlərə Yardım və İş Təşkilatı (UNRWA) və Belçika Hökumətinin ötən ay təşkil etdiyi bir konfransdakı çıxışında “Bu günlərdə gənclərin qorxunc şərtlər altında öldürüldüklərini xatırladıqda, Qəzzada və dünyanın fərqli bölgələrində yaşananları gördükdə həyatını itirən gənclər və uşaqlar ağlımıza gəlir” deməsi İsrailin və dünyadakı yəhudilərin qəzəbinə səbəb olmuşdu.

azadliq.info