Mişel Obama ərinin xanım dostlarından ibarət “qara siyahı” hazırlayıb
ABŞ-ın “First Lady”si Mişel Obama həyat yoldaşı prezident Braka Obama ilə yaxın münasibətləri olan qadınlardan ibarət “qara siyahı” hazırlayıb. İngiltərənin “The Daily Mail” qəzetinin xəbərinə görə, Mişel Obama həmin qadınların Ağ evə girişinə qadağa qoyub.
“Qara siyahı”nın ilk yerini Barak Obamanın əsas sənətçi dəstəkləyicilərindən biri Kerri Vaşinqton tutur. Vaşinqton Obamanın 2008-ci ildəki seçki kampaniyasına böyük dəstək verən sənətçilərdəndir. Siyahıda ikinci yerdə məşhur Hollivud aktirsası Skarlet Yohanson dayanır. Hollivudun ən cazibədar aktrisalarından olan Yohanson Obamanın seçki kampaniyasına dəstək olmaq üçün hədiyyə karnavalı təşkil etmişdi.
azadliq.info