ulduz fali

Günün ulduz falı (13.04.12)

QOÇ
Ulduzlar bu günə nikbin əhval-ruhiyyə vəd edir. Gözləmədiyiniz anda hansısa görüş, təklif olacağı və ya təsadüf nəticəsində bəxtinizin gətirəcəyi bildirilir. Şansınızı qaçırmayın.
BUĞA
Sizi çətin gün gözləyir. Yaxşı olar ki, riskli işə baş qoşmayasınız. Geriyə çəkilmək üçün özünüzə yol qoyun. Ehtimal ki, müdiriyyətlə aranızda fikir ayrılığı baş verəcək.
ƏKIZLƏR
Bu gün diqqət tələb etməyən işlərlə məşğul ola bilərsiniz. Işlə bağlı ideyalarınız axşamtərəfi olacaq. Amma nəzərə alın ki, bu ideyanız o qədər də yaxşı olmayacaq. Əyləncə, istirahətlə bağlı maraqlı təkliflər eşidəcəksiniz.
XƏRÇƏNG
Bu gün ev işlərilə məşğul ola bilməyəcəksiniz. Buna görə özünüzü tənbeh etməyin. Yaxşı olar ki, istirahət edəsiniz. Işə gəlincə, sizə dəfələrlə yardım edən kəslərə etibar edin.
ŞIR
Neytral gündür. Demək olar ki, istənilən işin icrası üçün yararlı gündür. Məqsədə çatmaq üçün yeni metodlardan istifadə edəcəksiniz. Gün keçdikcə yaxınlarla münasibətiniz gərginləşəcək.
QIZ
Müdiriyyətlə və həmkarlarla münasibət qurmaq asan olacaq. Müttəfiqinizlə aranızdakı çoxdan qalmış anlaşılmazlığa aydınlıq gətirəcəksiniz. Gün imtahan vermək, müsabiqədə iştirak etmək baxımından münasib deyil.
TƏRƏZI
Neqativ tendensiyalar geriyə çəkilir. Artıq rahat nəfəs ala bilərsiniz. Əgər ehtiyatlı hərəkət etsəniz, cəsarətli planınızı həyata keçirə bilərsiniz. Istər şəxsi, istərsə də işgüzar münasibətlərdə bir balaca ayıq olmalısınız.
ƏQRƏB
Çox uğursuz gündür. Hər yerdə çətinliklə qarşılaşacaqsınız. Işdə ciddi problemləriniz olacaq. Müdiriyyət sizdən narazı olduğunu açıq-aşkar hiss etdirəcək. Maliyyə problemi, itki, yaxud da cərimə istisna edilmir. Təəssüf ki, evdə də istirahət etməyə şərait olmayacaq.
OXATAN
Xoş gündür. Qələbə və uğur sizi gözləyir. Hətta başgicəlləndirici macəra, maraqlı görüş də istisna edilmir. Günün birinci yarısı imic dəyişkənliyinə yararlıdır. Ehtimal ki, uğurlu alış-veriş edəcəksiniz.
OĞLAQ
Uşaqlıq dostunuzu, çoxdankı işgüzar müttəfiqinizi, köhnə iş yerinizdən həmkarınızı görməkdən şad olacaqsınız. Çox maraqlıdır ki, keçmiş xatirələrdən qalma adamla görüş qarşınızda yeni perspektivlər açacaq. Başlıcası, söhbəti düzgün istiqamətdə aparmaqdır.
DOLÇA
Əhvalınız pisləşə bilər. Bu da sizi planlarınızda dəyişiklik etməyə sövq edəcək. Gün təmiz havada istirahət etmək üçün münasib deyil. Şübhəli kampaniyalardan uzaq durun. Yaxşı tanımadığınız adamlara da etibar etməyin.
BALIQLAR
Gün parlaq ideyalar gətirəcək. Tələskənliyə yol verməyin. Yaxşı olar ki, məsləhətlərə qulaq asasınız. Günorta vaxtı əlinizə pul düşəcəyi ehtimalı da böyükdür. Günün ikinci yarısı dostların əhatəsində istirahət baxımından əlverişlidir.