«FETÖ əməliyyatında at izi it izinə qarışıb. «Ortaya bir şey atım, tutarsa, tutar» deyənlər var». Bəziləri məhz belə edir». Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çində keçirilən G-20 sammitindən qayıdarkən jurnalistlərin suallarını cavablandıranda deyib. Ərdoğan açıqlaması ilə FETÖ əməliyyatı çərçivəsində günahsız şəxslərin də qurban getdiyi barədə iddialara aydınlıq gətirib: « Bəzən imkan olanda telekanalları izləyirəm. Elə şərhlər verilir ki, günahlandırdıqları o insanın bu işlə heç bir əlaqəsi yoxdur. Amma o insana ittihamı yapışdırırlar. Bunlar doğru şeylər deyil. Bu cür yanlışlıqlardan uzaq durmaq lazımdır».

Ərdoğan saxta “FETÖ”çuların həbsindən danışdı
•
•


