Türkiyə Hərbi Hava Qüvvələri sıralarından 73 hərbçi xaric edilib.
“Anadolu” xəbər verir ki, onlar hava qüvvələrinin komandanlığında təmsil olunurmuş.
Həmin şəxslər Fətullahçı təşkilatla (FETÖ) bağlı istintaq çərçivəsində ordu sıralarından kənarlaşdırılıblar. Onlar FETÖ-yə üzv olmaqda şübhəli bilinirlər.



