Adil Rəcəbov və daha 3 şəxs MTN anti-terror tədbirləri çərçivəsində saxlandığı güman olunur
“Əbu-Bəkr” məscidinin imam-camaatı Qamət Süleymanın ən yaxın silahdaşı hesab olunan Adil Rəcəbov və onunla birgə olan 3 şəxs həbs olunub.
Ən son məlumata görə, bu şəxslər Milli Təhlükəsizlik Nazirliyinin Şəmkir şöbəsinin əməkdaşlarına təhvil verilib. Onların üst-başı və maşınları MTN əməliyyatçıları tərəfindən axtarılıb.
Son həbslərin MTN-in anti-terror tədbirləri çərçivəsində həyata keçirildiyi bildirilir.
Qeyd edək ki, Gəncədəki məlum anti-terror əməlıiyyatından sonra MTN-in İctimiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Bababyev verdiyi açıqlamalarda əməliyyat tədbirlərinin davam etdirilməsini vurğulayıb.
Y.M