Azərbaycanın da “Muz TV”si olacaq

Rusiyanın məşhur MuzTV telekanalının Azərbaycanda versiyası açılır.

Lent.az-ın verdiyi xəbərə görə, kanal mayın 1-dən etibarən yayımlanacaq. Yeni telekanal ilk əvvəl internet vasitəsi ilə, daha sonra isə peyk vasitəsi ilə yayımlanacaq.

Hazırda kanal üçün Azərbaycan dilində musiqi verilişləri və yerli şou-biznes ulduzları ilə müsahibələr hazırlanır. Kanalın ilk müsahibi stilist Samir Əliyev olub. Stilist müsahibəsində gələcək planlarından, geyimlərdən. məşhurlarla iş birliyindən, eləcə də “Eurovision-2012” yarışması haqqında danışıb.