Çovdarovun işinə Bakı Hərbi Məhkəməsinin sədri baxacaq

covdarov-mehkeme2Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov barəsində olan cinayət işinin materialları məhkəmə icraatına verilib.

A. Çovdarov və onunla birgə tutulan digər dörd MTN-çinin işinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevin iştirakı ilə baxılacaq.

Məhkəmənin vaxtı, qapalı və ya açıq keçiriləcəyi hələlik məlum deyil. (APA)