D18 Hərəkatı çağırış etdi

d18D18 Hərəkatı İdarə Heyəti xalqa çağırış etdi. Çağırışda deyilir:
“Hakimiyyət bütün gücü ilə çalışır ki, referendumu gizli keçirib, xalqı və siyasi institutları prosesdən kənarda tutsun. Bizlər isə hakimiyyətin bu oyununu pozmalıyıq. D18 Hərəkatı olaraq düşünürük ki, hər birimiz ideoloji və siyasi düşüncəmizi bir kənara qoyub Cümhuriyyət dəyərlərimizin qorunması üçün çalışmalıyıq. Biz susduqca problemlər həll edilmir. Əksinə, ölkəmiz daha da uçuruma gedir. Birlik və həmrəylik göstərmək zamanıdır.
D18 Hərəkatı hər kəsi Milli Şuranın 11 sentyabrda və Müsavatın 18 sentyabrda keçirəcəyi mitinqdə aktiv olmağa çağırır. Cümhuriyyət idealarını qorumaq üçün birlik nümayiş etdirməmiz şərtdir.