Elmar Qasımov rektor oldu

Bakı Ali Neft Məktəbinə rektor təyin olunub.

APA-nın ARDNŞ-in saytına istinadən verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin 10 aprel 2012-ci il tarixli sərəncamı ilə Elmar Eldar oğlu Qasımov Bakı Ali Neft Məktəbinin rektoru təyin edilib.
Qeyd edək ki, E. Qasımov təhsil nazirinin müavini vəzifəsində çalışıb.