Dağıstanda əməliyyat: 2 silahlı və 1 polis öldürülüb

dagistan polisDağıstanda antiterror əməliyyatı zonasında iki silahlı öldürülüb. Bu barədə Dağıstan güc strukturlarındakı mənbə bildirib. “Dağıstanın Məhərrəmkənd rayonunda, Samur kəndi yaxınlığında iki silahlı məhv edilib. Əməliyyat zamanı bir polis də ölüb”, -deyə mənbə qeyd edib.

Əməliyyatın sentyabrın 5-də davam edəcəyi bildirilir.