ABŞ prezidentliyinə iddialı respublikaçı Rik Santorum namizədlik yarışından geri çəkilib. O, geri çəkilməsini ailə problemləri – 3 yaşlı qızının ağır xəstəliyi ilə əlaqələndirib.
Rik Santorum indiyə qədər ilkin seçkilərdə 275 nümayəndə qazanmışdı və 650 nümayəndə ilə birinci yerdə gedən Mitt Romnini təqib edirdi. Prezidentliyə namizəd olmaq üçün republikaçıların avqust ayında keçirilən qurultayına 1144 nümayəndə qazanmaq gərəkdir.
Respublikaçıların düşərgəsində digər iddialılar Nyut Qinqriç və Ron Poldur (media forum).