9sent-manset-zerzavod

Səhəsi 100 000 kv.metr olan şirkət 50 min manata satılır

9sent-manset-zerzavodƏmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı  hərracların  keçirilməsinə 13 gün qalıb. Komitədən verilən xəbərə görə, hərraclarda ümumilikdə 50 dövlət əmlakının özəlləşdirilməyə çıxarılacaq.

Hərraca çıxarılan əmlaklardan 25-i respublikanın müxtəlif bölgələrində yerləşən açıq səhmdar cəmiyyətləridir. Hərracda onların  səhm paketinin 30 faizi satışa çıxarılacaq. Bu səhmdar cəmiyyətləri iqtisadiyyatın müxtəlif sahələri, ö cümlədən sənaye, inşaat, nəqliyyat, xidmət və s. sahələri əhatə edir.

Onlardan biri Lənkəran rayonu, Liman şəhəri  “Lənkəran Broyler” Açıq Səhmdar Cəmiyyətidir. Müəssisə 1976-cı ildə istifadəyə verilib. 1998-ci ildə “Azərquşsənaye” Dövlət Şirkətinin Lənkəran Broyler Quşçuluq Fabrikinin bazasında “Lənkəran Broyler” ASC yaradılıb. İndi cəmi 1 nəfər  içşisi qalıb.

Müəssisə əsasən, quş ətinin istehsalı və satışı ilə məşğuldur. ASC-nin nizamnamə kapitalı 331 234  manat,  buraxılan  səhmlərin ümumi sayı 165 617 ədəd olub. Adi, sənədsiz adlı səhmlərin  115 328 ədədi (69.64%) artıq satılıb. Səhmlərin  30.36%-lik hissəsi – 50 289 ədədi isə hərracda satılac aq. 1 səhmin qiyməti 2 manatdır.

Səhm paketinin ilkin satış qiyməti isə (50% güzəştlə)  50 289  manat müəyyən edilib. (fins.az)