Ərdoğan DİN «şefini» niyə uzaqlaşdırdı?

erdoganƏfqan Alanın istefasında «FETÖ» izi

Türkiyənin daxili işlər naziri Əfqan Alanın istefası ilə bağlı şok iddia ortaya atılıb. CHP-dən olan millət vəkili Aytun Çıray sosial şəbəkələrdə maraqlı iddia ilə çıxış edib. Deputat yazıb ki, DIN başçısının vəzifədən getməsi xəbərini çoxdan gözləyirmiş. CHP-çi deputatın iddiasına görə, Əfqan Ala “FETÖ işi”nə görə həbs edilən Sinop valisinin ifadəsi ilə bağlı işdən uzaqlaşdırılıb.

“Bu istefanı gözləyirdim”

Aytun Çıray “Tvitter” hesabında bunları yazıb: “Daxili işlər nazirinin istefasını gözləyirdim. Çünki həbs edilən Sinop valisi ifadəsində cemaat abilərinin polis təşkilatının rəisi və daxili işlər naziri olduğunu açıqlayıb”(lent.az).

“Hürriyet” qəzeti ilə Əfqan Alanın istefaya getməsinin səbəbinin prezident Rəcəb Tayyib Ərdoğanın onun işindən narazı qalması ilə əlaqələndirib.

Qeyd edək ki, avqustun 31-də Türkiyənin daxili işlər naziri Ə.Ala istefa verib. Onun yerinə Türkiyənin əmək və sosial müdafiə naziri Süleyman Soylu təyin edilib. Ə.Ala daxili işlər naziri vəzifəsində 2016-ci il mayın 24-dən çalışıb.

Dünən Türkiyənin baş naziri Binəli Yıldırım Türkiyəyə səfər edən xarici ölkə parlamentarlarının şərəfinə nahar verib. B.Yıldırım çıxışında Türkiyədə hərbi çevriliş cəhdinə səssiz qalan ölkələri tənqid edib, bəzi ölkələrin hərbi çevriliş tərəfdarı kimi mövqe sərgilədiyini vurğulayıb.

“Gerçək dostlarımız üzə çıxdı”

O,ÿhərbi çevriliş cəhdinin bir imtahan olduğunu və gerçək dostların üzə çıxdığını söyləyib:ÿ “Türk insanı 15 iyul gecəsi tankın, təyyarənin qarşısına imanı, demokratiyaya olan inancı ilə çıxdı. Millətimizin bu mövqeyiÿ biz siyasətçilər üçün də önəmlidir. Millət dövlətin içərisinə sızmış Fətullahçı Terror Təşkilatı üzvlərinin bir-bir dövlətdən təmizlənməsi mesacını verdi. Bu mesaj qaranlıq gecəni bir daha yaşamamaq üçün hüquq çərçivəsində bütün addımların atılması ilə bağlı mesajdır. Biz bu mesajdan irəli gələn addımları atırıq. Hərbi çevriliş etmək istəyənlər bu millətdən zərbə alıblar. Heç bir demokratik sistemdə dövlət vətəndaşın çağırışına laqeyd ola bilməz. ÿIyulun 15-də qeyd-şərtsiz bizə dəstək verən dostlarımız oldu. Ancaq dost bildiyimiz bir çox ölkə təəssüf ki, səssiz qalmağa üstünlük verdi. Ona görə də bu hərbi çevriliş cəhdi bir imtahan, demokratiya və çevriliş tərəfdarı olanlar üçün bir seçim oldu. Biz o zaman gerçək dostlarımızı gördük. Bəzi ölkələr susmaqla çevriliş tərəfdarı olduqlarını ortaya qoydular. Bu, təəssüf doğurur”(apa).

“Türkiyə hökumətinin tərkibində dəyişikliklər davam edə bilər”.

Bunu səhiyyə naziri Rəcəb Akdağ deyib. Onun sözlərinə görə, hökumətdə dəyişiklik adi prosedurdur və bu dəyişikliklər davam edəcək.

Türkiyə Təhsil Nazirliyi isə müəllimləri FETÖ ilə bağlı xəbərdar edib.

Nazirliyi FETÖ ilə bağlı olduğu düşünülən nəşrlər, dərsliklərə bağlı siyahı tutaraq müəllimlərə göndərib.

Belə ki,  bu gündən işə çıxan müəllimlərə Fətullahçı Terror Təşkilatı ilə bağlı olduğu düşünülən  qəzet, jurnal, nəşriyyat evi və distribyutorların siyahısı göndərilərək şkaflarında bu siyahıda adı keçən nəşriyyat evinə dair kitab, jurnal, qəzet, CD, video kimi materialları olanlardan bunları məhv etmələri tələb edilib.

Qadağan edilmiş nəşrlər

Qeyd edək k, qadağan edilmiş nəşrlər siyahısında : “Zaman”, “Today’s Zaman”, “Taraf”, “Bu gün”, “Millət”, “Meydan”, “Özgür düşünce” qəzetləri, “Nokta”, “Aksiyon”, “Sızıntı” jurnalları, “Kaynak”, “Sürat”, “Zambak” nəşrlərinin adı yer alır.

Bu arada, Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində Quru və Dəniz Qüvvələrinin 820 hərbi qulluqçusu ordudan xaric edilib.ÿ

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir.