Manatla bağlı bədbin proqnoz

manat1Azərbaycanın milli valyutasının bundan sonra da xeyli müddət dollar qarşısında daha da dəyərdən düşəcəyi gözlənilir

Iki kəskin devalvasiyadan sonra da manatın dollara nisbətdə ucuzlaşması prosesi dayanmadı. Bir neçə aydır ki, manat demək olar, hər gün dəyərini itirə-itirə gedir. Manatın ucazlaşması prosesinin bundan sonra da uzun müddət davam edəcəyi proqnozlaşdırılır.

Maraqlıdır, hökumətin hansı səhvlərinin nəticəsi olaraq, milli valyuta belə bir vəziyyətə düşdü? Hansı tədbirlər görülməlidir ki, bu prosesin qarşısı alınsın?

oqtay-haqverdiyev

Iqtisadçı-ekspert Oqtay Haqverdiyev yaranmış hazırkı situasiyanı ötən ilin fevral və dekabr aylarında baş vermiş iki devalvasiyanın nəticəsi kimi qiymətləndirir. Deyir ki, Mərkəzi Bankın siyasəti prosesi manatın yavaş-yavaş real qiymətinə gətirib çıxarmaqdan ibarətdir. Lakin real məzənnəyə çatmaq üç-dörd il çəkər: “Neftin qiyməti, hətta yenidən 100 dollara qalxsa da, manat real məzənnəsini  tapmalıdır. Lakin bundan necə çıxmaq barədə hansısa plan yoxdur. Proses davam edəcək. Nəticədə, manatın dollar qarşısında məzənnə itkisi qiymətlərin bahalaşmasında özünü göstərəcək. Xüsusilə də idxal malllarında qiymətlər artacaq”.

Nigar