Türkiyə Təhsil Nazirliyi müəllimləri “FETÖ” ilə bağlı xəbərdar edib.Türkiyə Təhsil Nazirliyi “FETÖ” ilə bağlı olduğu düşünülən nəşrlər, dərsliklərə bağlı siyahı tutaraq müəllimlərə göndərib.
Belə ki, bu gündən işə çıxan müəllimlərə Fətullahçı Hərəkatla bağlı olduğu düşünülən qəzet, jurnal, nəşriyyat evi və distribyutorların siyahısı göndərilərək şkaflarında bu siyahıda adı keçən nəşriyyat evinə dair kitab, jurnal, qəzet, CD , video kimi materialları olanlardan bunları məhv etmələri tələb edilib.
Qeyd edək k, qadağan edilmiş nəşrlər siyahısında : “Zaman”, “ Today`s Zaman”, “Taraf”, “Bu gün”, “Millət”, “Meydan”, “Özgür düşünce” qəzetləri, “Nokta”, “Aksiyon”, “Sızıntı” jurnalları, “Kaynak”, “Sürat”, “Zambak” nəşrlərinin adı yer alır. (lent.az)



