Ötən il Azərbaycanda qəsdən adam öldürməyə görə tutulanlardan 13 nəfəri 14-18 yaş arası yeniyetmələr olub. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Həmin yeniyetmələrdən 1-i qız və 12-si isə oğlandır.
2015-ci ildə ümumillikdə 286 cinayət törətmiş 14-18 yaşadək yeniyetmə qeydə alınıb ki, onlardan 5 nəfəri qız olub.
Qızlardan 2-si oğurluq cinayətinə görə məhkum edilib. Oğurluğa görə məhkum edilən oğlanların sayı 136 olub.
Yeniyetmələr ən cox cinayət oğurluq (138), ən az isə quldurluğa (4) görə tutulublar.



