Bakıda uşaq bağçası yandı

Bakıda uşaq bağçasında yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya verilən məlumata görə, hadisə bu gün, Xətai rayonunda yerləşən 207 saylı uşaq bağçasında qeydə alınıb.

Yanğın iki mərtəbəli bağça binasının məcburi köçkünlərin məskunlaşdığı birinci mərtəbəsində meydana gəlib. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər ikinci mərtəbədə olan 55 azyaşlı uşağı və müəllim heyətini təxliyə ediblər. Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.

İlkin məlumata görə, yanğına qısa qapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.