“Dalğa” aksiya keçirdi

Bu gün “Dalğa” Gənclər Hərəkatının bir qrup üzvü Rusiyanın Azərbaycandakı səfirliyinin binası önündə etiraz aksiyası keçiriblər.

Hərəkatdan gunxeber.com saytına daxil olan məlumata görə aksiyanın keçirilməsində məqsəd 1 ilə yaxındır ki, Suriyada sivil vətəndaşlarla hakimiyyət arasında olan qarşıdurmanın böyüməsi, bu qarşıdurmadan minlərlə insanın həlak olması, lakin bütün bunlara baxmayaraq BMT təhlükəsizlik şurasının daimi üzvü olan Rusiyanın Suriya diktatoru Bəşər Əsədin əleyhinə hazırlanmış qətnamələrə qarşı çıxaraq bu rejimə açıq dəstəyini pisləmək olub.

Aksiya iştirakçıları səfirliyin qarşısında müharibəyə etiraz edən, rus dilində yazılmış şüarlar qaldırıb, üzərinə Rusiya mütfəkkirlərinin – Tolostoy, Turgenev və Dostayevskinin adları yazılan köynəklər geyiniblər.
Aksiya polis müdaxiləsi olmadan qətnamə oxunmaqla başa çatıb.