
BMT və Ərəb Birliyinin Suriya üzrə xüsusi təmsilçisi Kofi Annan bugün Türkiyənin Hatay əyalətində yerləşən qaçqın düşərgələrini ziyarət edəcək. O, burada Suriya qaçqınlarının problemi ilə maraqlanacaq. Kofi Annandan sonra suriyalı qaçqınları ABŞ senatorları Makkeyn və Con Liberman da ziyarət edəcək.
Suriya ordusunun atəş açması nəticəsində Livan ərazisində bir jurnalist, Türkiyədə qaçqın düşərgəsində ki nəfər həlak olub. Çində səfərdə olan baş nazir Rəcəb Tayyip Ərdoğan insidentə sərt reaksiya verib: “Çox açıq şəkildə sərhəd pozuntusu olmuşdur. Fakt ortadadır. Bu sərhəd pozuntusunun qiymətini verəcəyik. Mən və Xarici İşlər naziri ətraf ölkələrlə diplomatik görüşləri davam etdiririk, atılmalı addımları təbii ki, atacağıq”. Türkiyə sərhədinin pozulması BMT Baş Katibi Pankimun və Ağ Ev də pisləyiblər.
Beynəlxalq birliyin Əsəd rejiminə verdiyi limit qurtararkən Suriya Xarici İşlər naziri Vəlid əl-Müəllim Moskvada Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşəcək. Rusiya Xarici İşlər naziri müavini Qennadiy Qatilov şiddətə son qoyulması və müxalifətlə görüşməsi üçün Suriya hökümətinə çağırış edib.
azadliq.info