Ölən hamilə DSX-nin ilk qadın pilotu imiş…

Xəbər verdiyimiz kimi, Bakıda 36 həftəlik hamilə olan qadın Dilarə Babayeva körpəsi ilə birgə vəfat edib. Xanım Babayeva Dövlət Sərhəd Xidmətinin ilk qadın pilotu olub.

1986-cı il təvəllüdlü Dilarə Aydın qızı Babayeva kapitan imiş.

Qeyd edək ki, D. Babayeva dünən zəhərlənmə şübhəsi ilə 1 saylı şəhər xəstəxanasına aparılıb. Qadını və körpəsini xilas etmək mümkün olmayıb.

Dilarə Babayevanın hazırda Qubada dəfni həyata keçirilir. (Femida.az)