Dollar satmayan bankların sayı 17-yə çatdı

dollarAvqustun 31-də daha üç bank dollar satışını dayandırıb. Söhbət “Dəmirbank”, “Bank Respublika” və Pakistan Milli Bankının Bakı filialından  gedir.  “Bank Respublika”və “Dəmirbank” avqustun 30-da satışlara 100 dollara kimi, Pakistan Milli Bankının Bakı filial isə 500 dollara kimi  limit qoysa da, bu gün üçün dollar satışı tamamilə dayandırılıb. Bununla da ölkə də dollar satışını dayandıran bankların sayı 17-yə çatdı. Fins.az həmin bankların siyahısını təqdim edir:

1   “NBC Bank”
2 “AFB Bank”
3 “AGBank”
4 “Atabank”
5 “Bank Avrasiya”
6 “Bank Silk Vey”
7 “Bank Standard”
8 “Bank VTB (Azərbaycan)”
9 “Xalq Bank”
10 İran Milli Bankının Bakı filialı
11 “Muğanbank”
12 “Naxçıvanbank”
13 “BTB BANK”
14 “Nikoyl Bank”
15 “Dəmirbank”
16 “Bank Respublika”
17 Pakistan Milli Bankının Bakı filialı