AzTV Almaniyanı yenə topa tutdu (VİDEO)

Hakimiyyət bu ölkənin demokratiyaya dəstək verməsindən hiddətlənib

Azərbaycan dölvət teleziyası (AzTV) növbəti dəfə Almaniyanı topa tutub. Kanalın həftənin yekunlarına həsr olunan verilişi demək olar ki, Almaniyaya həsr olunub. Verilişdə Almaniya və alman hökuməti haqqında müxtəlif ittihamlar səsləndirilib.
Bu ölkə korrupsiyadan tutmuş irqçiliyə qədər hər şeydə ittiham olunub. Bundan əvvəl də dövlət televiziyası Almaniya barədə tənqidi materiallar yayımlanmışdı. Həmçinin rəsmi mətbuat orqanlarında da Almaniya barədə kəskin ittihamların yer aldığı materiallar dərc edilib. Bu materiallarda Almaniyanın irqçi bir dövlət olması qırmızı xəttlə keçir.
Rəsmi mətbuatın və AzTV-nin Almaniyaya qarşı hücuma keçməsi səbəbsiz deyil. Səbəb Almaniyanın Azərbaycanda demokratikləşmə prosesinə dəstək verməsi və bu ölkənin mətbuatında Azərbaycan hakimiyyəti barədə ifşaedici  materialların yer almasıdır. Almaniyanın NDR kanalında yayımlanan materialları, o cümlədən bu ölkənin nüfuzlu medai quruluşu “Şpigel”də dərc olunan məqalələri Azərbaycan hakimiyyətinə sarsıdıcı zərbə kimi dəyərləndirmək olar. AXCP sədri Əli Kərimlinin “Şpigel”ə müsahibəsi isə iqtidarı daha da hiddətləndirib. Bu baxımdan rəsmi mediaya Almaniyanı topa tutmaq tapşırığı verilib.

Hikmət