Bakı şəhərində çoxmərtəbəli binalardan birində partlayış və yanğın olub. Hadisə saat 20:30 radələrində Rəsul Rza küçəsində tikilməkdə olan hündürmərtəbəli binada baş verib.
Yəhudi məktəbinin yaxınlığında yerləşən binada partlayışın baş vermə səbəbi hələlik bəlli deyil. Hadisə şahidlərinin azadliq.info-ya verdiyi xəbərə görə, güclü partlayış səsi eşidilb, daha sonra yanğın baş verib. Alovun təxminən 10 metr hündürlüyə qalxdığı deyilir. Ətrafa kəskin qaz qoxusunun yayıldığı da yayılan xəbərlər sırasındadır.
Məlumata görə, binada məskunlaşma olmasdığı üçün insan tələfatı yoxdur.
Versiyalardan biri bundan ibarətdir ki, yanğına qaz balonunun partlaması səbəb olub.