Bakıda çempion ağır cinayət törətdi

Bakının Nərimanov rayonunda peşəkar idmançı ağır cinayət törədib. Rayon Polis İdarəsindən verilən məlumata görə, sərbəst güləş üzrə Azərbaycan çempionu olmuş 30 yaşlı Ruslan İsmayılov hələlik bilinməyən səbəbdən Pərvin Həsənovuölümcül bıçaqlayıb (milli.az).

Qanlı hadisə Həsən Əliyev və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində baş verib. Pərvin Həsənova 10-dan artıq bıçaq zərbəsi vuran R.İsmayılov hadisə yerindən qaçmayıb. Yaralını sürüyərək bıçaqlanana məxsus “Hyundai” markalı maşına qoyub və 1 saylı Şəhər Xəstəxanasına çatdırıb. P.Həsənovu həkimlərə təhvil verəndən sonra maşını orada qoyaraq qaçıb.
 
Yaralının üzərində təxminən 7 saat cərrahiyə əməliyyatı aparan həkimlər onu həyata qaytarmağı bacarıblar. R.İsmayılov isə Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

Dindirmə zamanı R.İsmayılov əlini bıçağa atmasının səbəbini açıqlamasa da, 2001-2002-ci ildə güləş üzrə Azərbaycan çempionu oldğunu deyib. Onun barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd (29,120.1-ci) maddəsi ilə cinayət işi başlanıb və araşdırılması üçün Nərimanov rayon Prokurorluğuna göndərilib.