Türkiyənin ən böyük şəhəri – İstanbulun sabiq polis rəisi Hüseyn Çapkın bu gün polis tərəfindən saxlanılıb.
H. Çapkın və daha 3 nəfər “Fətullahçı Hərəkatla” (FETÖ) bağlı istintaq çərçivəsində İzmirin Çeşmə rayonunda şübhəli şəxs qismində saxlanılaraq İstanbula aparılıb.
Xatırladaq ki, İstanbulun sabiq valisi Hüseyn Avni Mutlu da həbs olunub. (APA)



