Yəmən sakitləşmək bilmir

Yəməndə “Əl-Qaidə “ ilə bağlılığı olan “Ənsar əl-Şəriyyə” terrorçu qrupu hərbi düşərgəyə hücum edib. Nəticədə 25 nəfər həlak olub. Bu haqda Reuters agentliyi xəbər verir. Hücum Yəmənin cənubunda yerləşən Laudar şəhərindən baş verib və döyüş 3 saat çəkib. Ölənlər arasında 20 mücahid, 4 Yəmən əsgəri var. Habelə bir mülki şəxs həlak olub. Terroristlər təkrar zərbələrlə hədələyblər.
Yəməndə Abdullah Salehin hakimiyyəti devrilsə də, “Əl-Qaidə” və keçmiş prezidentin tərəfdarları ilə mütəmadi toqquşmalar baş verir. 
 
azadliq.info