Bakıda mənzildən xeyli pul və qızıl oğurlandı

qizillarBakı şəhərində mənzildən külli məbləğdə pul və qızıl-zinyət əşyaları oğurlanıb. Hadisə paytaxtın Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 21 ünvanında qeydə alınıb.

Həmin evdə yaşayan 1980-cı il təvəllüdlü Leyla Abdullayevanın mənzilindən açıq pəncərədən keçməklə 17 000 ABŞ dolları və 25 000 ABŞ dolları dəyərində qızıl-zinyət əşyaları oğurlanıb.

Faktla bağlı polis əməkdaşları tərəfindən istintaq aparılır. (Report)