Kiyevdə daha bir məşhur rusiyalı jurnalistin meyiti tapıldı

rus jurnalist ukr olubUkraynada rusiyalı jurnalist, “Yeni Region” agentliyinin təsisçisi Aleksandr Şetinin meyiti tapılıb.

RİA Novosti xəbər verir ki, başında güllə yarası olan jurnalistin meyiti Kiyevdəki mənzilinin eyvanında tapılıb.

A. Şetinin meyitini ilk olaraq onun ad gününü təbrik etmək üçün mənzilinə gələn dostları aşkarlayıblar. Cəsədin yaxınlığında jurnalistin ölümündən əvvəl yazdığı məktub, travmatik tapança və giliz tapılıb. Jurnalistin intihar etdiyi ehtimal olunur.

Polis araşdırma aparır.