“Belə yaşamaq olmaz!”, “Putini Xadarkovskiyə dəyişirəm”
Bugün Moskvada Putin əleyhinə bir neçə aksiya keçirilib. “Ədalətli seçkilər uğrunda” hərəkatın Novopuşkinskiy meydanında keçirilən mitinqində 100 nəfər iştirak edib. Moskva meriyası ilə razılaşdırılmış aksiyada saxlanılanlar olmayıb, 6 mayda müxalifətin keçirəcəyi mitinqə hazırlıqlar müzakirə edilib. Aksiyanın əsas şüarları belə olub: “Ədalətli seçkilər uğrunda!”, “Belə yaşamaq olmaz!” “Putini Xadarkovskiyə dəyişirəm”.
Bundan başqa Puşkin meydanında Rusiyanın Kommunist partiyası (KPRF) mitinq keçirilib. Mitinqin əsas hədəfi NATO-nun Ulyanovsk şəhərində yaratdığı ilkin daşıma məntəqəsi olub. KPRF lideri Qennadiy Zyuqanov: “Rusiyanın ortasında təkcə hərbi yüklər və texnikanın daşınması üçün məntəqə deyil, həm də narkopriton yaradılır”.
azadliq.info