Yəməndə əks-inqilabi cəhd

Yəməndə xalq inqilabı Abdulla Salehi istefaya göndərsə də, o Yəməndən əl çəkmək istəmir. Yəmənin paytaxtı Sana şəhər aeroportu Saleh tərəfdarlarının hücumuna məruz qalıb. Bu haqda AP xəbər verir. Bugün bir neçə silahlı qrup aeroporta soxulub. Dispetçer qülləsini atəşlə məhv edən silahlılar aeroporta gedən əsas yolu bağlayıblar.
Saleh tərəfdarlarının silah hücum təşkil etməsinə səbəb Yəmənin yeni prezidenti Mənsur Hadinin əvvəlki hökümətə qulluq edən yüksək vəzifəli hərbçiləri istefaya göndərməsi olub.  İstefaya göndərilənlər arasında Salehin qardaşı, Hərbi Hava Qüvvələrinin komandanı Məhəmməd Saleh əl-Əmra da var.

azadliq.info