“Qızıl sultan” Türkiyəyə öz təyyarəsi ilə gəldi

Bruney sultanı Həsən əl-Bulkiyə Müziddin Vadullah Türkiyəyə gəlib. Abdullah Gülün dəvəti ilə gələn sultan baş nazir Erdoğanla görüşüb. İstanbulun Atatürk aeoroportuna enən Boeing 747-400 markalı qızıl suyuna çəkilmiş təyyarəsini uçuş zolağına pilot kimi özü endirib. 22 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamları sırasına daxil olan “qızıl sultan” 1788 otaqlı “İstana Nurul İman” adlı dünyanın ən böyük sarayında yaşayır. Qızıl suyuna çəkilmiş Boeing 747 markalı təyyarəsi ilə birlikdə 6 kiçik təyyarəyə və iki vertolyota sahibdir. 7 min ədədlik avtomobil kolleksiyası ilə Bruney sultanı Ginnesin rekordlar kitabına da düşə bilib.

azadliq.info