“Qaynının həbsi Əli Kərimliyə təzyiqdir”

ALP AXCP sədrini və qohumunu müdafiə edən bəyanat verdi

AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovun həbsini pisləyən daha bir bəyanat verilib. ALP baş verənlə bağlı qəbul etdiyi bəyanatda vurğulayır ki, iqtidar siyasətlə məşğul olan şəxslərin yaxın və uzaq qohumlarını həbs etməklə, işdən azad etməklə həmin siyasətçilərə təzyiq etməyə çalışır.
ALP bu baxımdan hesab edir ki, AXCP sədrinin qaynı E.Seyidovun da həbsi bu qəbildəndir: “Bu həbs siyasi motivlidir və Elnur Seyidovu da siyasi dustaq saymaq lazımdır. Məqsəd mitinqlərin, siyasi proseslərin intensivliyinin gücləndiyi bir vaxtda AXCP-yə və onun sədri Əli Kərimliyə təzyiq etməkdir. Bununla hakimiyyət AXCP sədrinin başını yaxın qohumlarının həbsinə qatmaq istəyir. Liberal Partiya bu həbsi pisləyir. Elnur Seyidovun azad olunmasını tələb edir”.

Xəyal