Türkiyədə körpü çökdü: 15 nəfər itkin düşüb

Türkiyənin Zonquldak vilayətinin Çayçuma qəsəbəsində Filyos çayı üzərindəki körpünün bir hissəsi çöküb. Lent.az-ın məlumatına görə, hadisə nəticəsində 3 avtomobil suya düşüb. Onlardan biri sərnişin daşıyan mikroavtobus olub. Avtomobil 15 nəfərlə birgə yoxa çıxıb. Digər minik avtomobilindəki 2 nəfər xilas edilib.

Mikroavtobusla birgə itkin düşən sərnişinlər arasında Çayçuma bələdiyyəsinin sədri Mithat Gülşənin atası və qardaşı uşağı da olub. Vilayət fövqəladə hallar müdiri Ahmet Güngör hadisəyə səbəb kimi qış boyunca yağan qarların isti havalardan sonra əriməyə başlamasını və nəticədə suyun səviyyəsinin yüksəlməsini göstərib.