8 aprel mitinqinə KXCP də qoşuldu

«Nəyin bahasına olursa-olsun mitinqin möhtəşəm olmasına çalışacağıq»

Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İctimai Palatanın 8 aprel mitinqində fəal iştirak etmək niyyətindədir. Bu barədə KXCP sədrinin müavini, Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Ədalət Yusibov bildirib. Onun sözlərinə görə, mitinqdə təmsil etdiyi partiyanın çoxlu sayda üzvlərinin iştirakına hazırlaşırlar: “Aksiyaya ciddi hazırlaşmışıq. Ümid edirik ki, o hazırlığın nəticəsi olaraq mitinqə KXCP-nin adına layiq şəkildə, maksimum sayda yığıla biləcəyik. Azərbaycanın gələcəyinə laqeyd qalmayan hər kəsi bu mitinqə çağırırıq. Nəyin bahasına olursa-olsun mitinqin möhtəşəm olmasına çalışacağıq”.