nihad

İcazəli mitinqə çağırış vərəqələri paylayan cəbhəçi gənc saxlanıldı

nihad AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlının verdiyi informasiyaya görə, təxminən 20 dəqiqə əvvəl AXCP Gənclər komitəsinin üzvü Nihad Hüseynov mitinqə çağırış vərəqələri paylayarkən polis tərəfindən saxlanılıb. Nizami küçəsində saxlanılan Nihad Hüseynov Səbail rayon Polis İdarəsinin 9-cu bölməsinə aparılıb.

Xatıladaq ki, 8 aprel mitinqi icazəlidir və vərəqələrin paylanmasında qanuna zidd bir şey yoxdur.

azadliq.info