“Efirlərini gic-gic verlişlərlə doldururlar”
Parlamentin 6 aprel iclasında danışan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov televiziyalara irad tutub. “Media forum” saytının məlumatına görə, Ziyafət Əsgərov deyib: “Televiziya kanalları Milli Məclis iclaslarının yalnız birinci hissəsini çəkməyə gəlirlər. Gəlirlər görək kim kiminlə dalaşacaq. Onları qalmaqallar maraqlandırır. Efirlərini gic-gic verilişlərlə doldururlar.
Yaxşı olardı ki, televiziyalar Milli Məclisdə müzakirə edilən, qəbul olunan qanunların izahatı, təbliği ilə məşğul olsunlar. Bəzən qanunlarımızın dili ağır olur, onları heç də hamı başa düşə bilmir. Televiziya jurnalistləri bu məsələyə fikir versələr yaxşı olar”.