MTRŞ hər telekanala 500 min manat ayırdı

Aprelin 6-da Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dən Lent.az-a verilən məlumata görə, iclasda Milli telefilmlərin, habelə teleserialların çəkilişi ilə bağlı “İctimai Televiziya və Radio Yayımları Şirkəti”nə, “ANS Müstəqil Yayım və Media Şirkəti”nə, “Azad Azərbaycan Teleradio Kompaniyası”na, “Lider TV və Radio Azərbaycan” MMC-yə, “Space Müstəqil Teleradio Kompaniyası”na və “Xəzər TV” MMC-yə 500 000 manat məbləğində maliyyə vəsaiti (qrant) ayrılıb.

Vəsait telekanallara birdəfəlik müqavilə bağlanılması yolu ilə veriləcək.