Qəzzafinin oğlu lisenziyasız dəvə gətirməkdə ittiham olunacaq

Yeni Liviya hakimiyyəti qətllərin təşkilatçısı və zorlanmada ittiham olunan Qəzzafinin oğlu Seyfülislama qarşı yetərincə sübut toplaya bilməyib. Bu səbəbdən oğul Qəzzafiyə ancaq iki maddə ilə; ölkəyə lisenziyasız dəvə gətirmək və balıq təsərrüfatında qaydalara riayət olunmaması maddələri ilə cinayət işi açıla bilər. Bu haqda “Human Rigths Watch” təşkilatının nüməyəndəsi Kennet Rota istinadən “The Daily Telegraph” qəzeti yazır.
Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi isə Seyfülislamın mühakimə edilmək üçün onlara  verilməsini istəyir. Məhkəmə Süyfülislama qarşı sübutlar tapacağına əmindir.

azadliq.info