MTN Zaqatalada əməliyyat keçirib

Milli Təhlükəsizlik Nazirliyi (MTN) ötən gecə Zaqatala rayonunda da əməliyyat keçirib

Rayon hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, əməliyyat zamanı 4 nəfər saxlanılıb.

Saxlanılan şəxslər Bakıya gətirilib. Onların nədə ittiham olunduğu açıqlanmır. Bununla belə, Zaqatalada həyata keçirilən əməliyyatın Gəncə əməliyyatı ilə bağlılığı istisna edilmir.