Ukrayna baş prokurorluğu Rusiya müdafiə naziri Sergey Şoyqu və Rusiyanın bir neçə yüksək vəzifəli məmuru barədə axtarış elan edib. Bunu Ukraynanın baş prokuroru Yuri Lutsenko yerli telekanallardan birinə müsahibəsində deyib.
Lutsenko bildirib ki, hazırda həmin şəxslərin barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət hazırlanır. Baş prokurorun sözlərinə görə, Şoyqu və digər 17 vəzifəli şəxs dövlət çevrilişinə, terror təşkilatı yaratmağa cəhd, müharibə təbliğatı, müharibəyə hazırlıq və digər cinayətlərdə təqsirli bilinir.
Baş prokuror qeyd edib ki, bununla bağlı bildiriş həmin şəxslərə 10-15 avqust tarixlərində göndərilib.



