ulduz fali

Günün ulduz falı (06.04.12)

QOÇ
Əvvəlki günlərdən fərli olaraq, bu gün işgüzarlıq səviyyəniz aşağı düşəcək. Ətrafdakılar – rəhbərlik, həmkarlarınız sizi tələsdirməyə çalışacaqlar. Ancaq bu, sizi daha da qıcıqlandıracaq. Bir sözlə, bu gün konflikt yaratmağa meylli olacaqsınız.
BUĞA
Bu gün xeyli işin öhdəsindən gələcəksiniz. Məqsədə çatmaq üçün göstərdiyiniz səylər nəticəsində düşmənləriniz sizdən geridə qalacaq. Günün ikinci yarısında gəlirinizin olacağı ehtimal edilir. Nəhayət, çoxdan planlaşdırdığınız alış-verişi reallaşdıra bilərsiniz.
ƏKIZLƏR
Bu gün nə qədər tələsməyə çalışsanız da, işləriniz ləng gedəcək. Çünki bu gün asta hərəkət edən partnyorla birlikdə çalışacaqsınız. Digər tərəfdən, ulduzlar bildirir ki, bu gün ildırım sürətilə aşiq olacaqsınız. Özünüz də hiss etmədən başınızı itirəcəksiniz.
XƏRÇƏNG
Gün zehni iş üçün münasibdir. Intellektual səviyyəniz yüksək olacaq. Sevgidə də bəxtiniz gətirəcək. Əgər səhər tezdən könlünüzə yeni romantik macəra düşərsə, axşama qədər o, reallaşacaq. Digərləri bu baxımdan sizə həsəd aparacaqlar.
ŞIR
Maliyyə işlərində səliqə-sahman yaradın. Məhz bu gün büdcə planlaşdırmasını daha yaxşı apara bilərsiniz. Biznesə pul qoymaq olar. Işgüzar səfərlər də uğurlu alınacaq. Yalnız yaxın adamınızla aranızda münasibətlər xoş olmayacaq. Qarşı tərəf sizdən gözlədiklərini ala bilməyəcək.
QIZ
Gün vacib qələbələrlə bağlı olacaq. Ehtimal ki, faydalı əməkdaşlıqla əlaqədar olan maraqlı təkliflər alacaqsınız.  Günün emosional mənzərəsi sabit olacaq. Gün boyu əhvalınız daha da yaxşılaşacaq. Yeni tanışlığa imza atmaq olar.
TƏRƏZI
Siz planlarınızın reallıqdan uzaq olması ilə barışa bilmirsiniz. Bir sözlə, gözləmək, ümid etmək yersizdir. Yalnız hərəkətə keçərək situasiyanı dəyişə bilərsiniz. Ulduzlar bir çox başlanğıclarda sizi dəstəkləməyə hazırdır.
ƏQRƏB
Işdə çətin ki, bəxtiniz gətirsin. Səhviniz mötəbər şəxslərə güvənməyinizlə bağlıdır. Müttəfiqləriniz sövdələşməni pozacaqlar. Ən yaxın adamla anlaşa bilməyəcəksiniz. Neqativ tendensiyalara qapılaraq qarşı tərəfi küsdürürsünüz, sonra da üzr istəməyi artıq hesab edirsiniz.
OXATAN
Işgüzarlığınız yüksək səviyyədədir deyə, yüksək nəticələr də əldə edəcəksiniz. Şəxsi müstəvidə vəziyyət ürəkaçan olmayacaq. Bir tərəfdən baxanda vəziyyətin bir o qədər də pis olmadığını görə bilərsiniz. Ancaq siz nəyinsə çatışmadığını hiss edirsiniz. Məsələni aydınlaşdırarkən  səhvlərə yol verəcəksiniz.
OĞLAQ
Gözləmədiyiniz halda böyük uğur qazanacaqsınız. Yola çıxmaq, xarici dil öyrənmək və uzaqdan gəlmiş şəxslərlə əməkdaşlıq baxımından gün əlverişlidir. Gün romantik görüş üçün də münasibdir.
DOLÇA
Bu gün neqativ tendensiyalar güclü olacaq. Bundan qaça bilməyəcəksiniz. Işdə münaqişələr baş verəcək. Həmkarlarınızla aranızda fikir ayrılığı yaşanacaq. Gün boyu əhvalınız dəyişkən olacaq. Içki içməyiniz məsləhət deyil.
BALIQLAR
Aktual və qiymətli informasiya alacaqsınız. Bu informasiyadan öz maraqlarınız çərçivəsində faydalana bilərsiniz. Yeni işlərə başlamaq olar. Gün bürcün sevən nümayəndələrinə çoxlu sayda gözəl xəbərlər gətirəcək. Arzunuzun həyata keçəcəyi ehtimalı böyükdür.